Səudiyyə Ərəbistanının tanınmış sələfi müftilərindən Şeyx Səd Nasir əl-Şəşri İŞİD-lə bağlı açıqlama verib. Səudiyyə Ərəbistanının tanınmış sələfi müftilərindən Şeyx Səd Nasir əl-Şəşri İŞİD-lə bağlı açıqlama verib.

Sələfi şeyxdən şok İŞİD fətvası

Səudiyyə Ərəbistanının tanınmış sələfi müftilərindən Şeyx Səd Nasir əl-Şəşri İŞİD-lə bağlı açıqlama verib.

İraq mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmi dini qurumu olan Darul-Fətvanın (Fətva Evi) sabiq üzvlərindən olan Əl-Şəşri İŞİD-in Məhəmməd İbn Abdulvahhabın görüşlərindən uzaq olduğunu bildirib.

İŞİD-ə qatılan insanların valideynlərinə səslənən Şeyx "İŞİD yəhudi və xristianlardan daha kafirdir. Onlar Allaha və Rəsuluna qarşı savaşırlar. Onlar məscidləri bağlayıb, din alimlərini öldürürlər. Hansi islam ölkəsi olursa, olsun, övladları İŞİD-ə qatılan valideynlər bunu öz dövlətlərinə bildirməlidirlər. Bu qrupla əlaqə qurmaq ən böyük günahı işləmək, hətta İslam dinindən çıxmaqdır. Bu qrup onlardan ayrılanları öldürdüyü üçün deyirəm ki, İŞİD-çilər cəhənnəmlikdir və Bağdadiyə beyət etmək olmaz. Onlarla hər cür işbirliyi haram və Allaha xəyanətdir. Onlara qarşı savaşmaq vacibdir. İŞİD-ə qarşı savaşarkən ölən Allah yolunda şəhiddir" söyləyib.

Suriya və İraq xalqlarını İŞİD-ə qarşı döyüşə səsləyən sələfi şeyxi din alimlərini bu qrupun təhlükəsini anlatmağa dəvət edib.

Şeyx əl-Şəşri sözlərini bu cümlələrlə tamamlayıb: "İŞİD-i xaricilərə bənzətmək belə səhvdir. Çünki onlar zındıq və mülhiddir. Onlar bütpərəstlərdən daha kafirdirlər".

AzNews.az