Həsən Zeynalov: “Vizaların verilmə qaydaları ilə bağlı heç bir dəyişiklik yoxdur” Həsən Zeynalov: “Vizaların verilmə qaydaları ilə bağlı heç bir dəyişiklik yoxdur”

İstanbuldakı baş konsulumuz: “Tamamən yanlış məlumatlardır”

Həsən Zeynalov: “Vizaların verilmə qaydaları ilə bağlı heç bir dəyişiklik yoxdur”



"Azərbaycanla Türkiyə arasında viza qaydalarında heç bir dəyişiklik yoxdur". Bu barədə "Yeni Müsavat"a açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Konsul bildirib ki, vizaların verilməsi köhnə qaydada davam edir, heç bir dəyişiklik yoxdur: "Tamamən yanlış məlumatlardır. Vizaların verilmə qaydaları ilə bağlı heç bir dəyişiklik yoxdur. Bu məlumatın mənbəyini mən də bilmirəm, əsassız məlumatdır. Vizaların rəsmiləşdirilməsi, Türkiyə vətəndaşlarına və eləcə də digər ölkə vətəndaşlarına verilmə qaydalarında heç bir dəyişiklik yoxdur".

Ancaq maraqlıdır ki, Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Səfirlikdən istiqamet.com saytına bildiriblər ki, dəyişiklik texniki xarakterlidir. Sitat: "Azərbaycan Türkiyə arasında viza rejiminə edilən dəyişikliklər sırf texniki xarakterlidir. Burada siyasi xarakterli heç nə yoxdur".

Qeyd edək ki, mətbuatda 2014-cü il 1 sentyabr tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi haqda məlumat yayılıb. Yeni qaydaya əsasən Türkiyə vətəndaşları 1 illik viza ilə Azərbaycana yalnız bir dəfə səfər edə bilər.

İstiqamet.com xəbər verir ki, bu gündən etibarən Azərbaycanın Ankaradakı Baş Konsulluğu türkiyəli sürücülərə təkgirişli viza verir. Bu günə qədər ildə bir dəfə viza alan Türkiyə vətəndaşları bundan sonra ayda 3, bir ildə isə 40 dəfə viza almaq məcburiyyətində qalıblar.

Türkiyə Beynəlxalq Nəqliyyat Birliyinin nümayəndəsi Fatih Şener bildirib ki, Azərbaycan konsulluğunun prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində belə bir qərar qəbul etməsi sadəcə şanssızlıqıdr. Bu, "Bir millət, iki dövlət" anlayışına uyğun gəlmir. Azərbaycanın bu qərarı Türkiyənin 500 milyard dollarlıq ixracat hədəfinə mənfi təsir göstərəcək".

AzNews.az