Rusiya “Şərq Kosmodromu”nun tikintisinin sürətləndirilməsinə qərar verib. Rusiya “Şərq Kosmodromu”nun tikintisinin sürətləndirilməsinə qərar verib.

Putin “Şərq Kosmodromu” nu istifadəyə verməyə tələsir - Video

Rusiya “Şərq Kosmodromu”nun tikintisinin sürətləndirilməsinə qərar verib.



AzNews.az-ın NTV-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunun üçün "Şərq Kosmodromu"nun tikintisinə yeni rəhbər təyin edib.

Uzaq Şərqə işgüzar səfəri zamanı "Şərq Kosmodromu"nun tikinti meydançasına baş çəkən Rusiya prezidenti, bu nəhəng layihəyə rəhbərlik etməyi "Roskosmos"a yox, ölkənin Baş nazirinin müavini Dmitriy Roqozinə həvalə etməyi qərara alıb.

"Şərq Kosmodromu"nun tikintisində işləri sürətləndirmək üçün "ən kəskin qayda-qanun" yaratmaq üçün Putin bu addımı atmaq qərarına gəlib.

Xatırladaq ki, kosmodromun tikintisinə indiyə qədar "Roskosmos" rəhbərlik edib, Dmitri Raqozin isə koordinator kimi fəaliyyət göstərib.




AzNews.az