Rusiyaya qarşı daha bir sanksiya hazırlanır



Avropa Birliyinin (AB) Rusiyaya qarşı hazırda aktiv şəkildə müzakirə edilən yeni sanksiyalar paketi idman sferasını da əhatə edə bilər.
Musavat.com-un Rusiya informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bir sıra Avropa ölkələri Rusiyanın bəzi beynəlxalq idman federasiyalarında, o cümlədən UEFA və FİFA-da üzvlüyünün dayandırılmasını təklif ediblər.

Belə bir sanksiya qüvvəyə minərsə, Rusiyanın futbol klubları Avrokubok yarışlarında iştirakdan, ölkənin özü isə 2018-ci ildə Dünya Çempionatına ev sahibliyi eləmək hüququndan məhrum olacaq. Bu barədə AB-nin Avropa məsələləri üzrə dövlət müşaviri Tomaş Prouza açıqlama verib.

Aznews.az