Mingəçevirdə media təlimi keçirildi- Foto


Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi "Region gəncləri üçün Onlayn Media Məktəbi" layihəsi çərçivəsində Mingəçevir şəhərində təlim keçirilib.

"Azərbaycan Jurnalistlər Şəbəkəsi"indən AzNews.az-a verilən məlumata görə, Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən media təliminə Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın gənc qatılıb.

Tədbirin açılış mərasimində bildirilib ki, praktik məşğələ və 3 həftəlik onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhfə verməkdir.

Daha sonra ayrı-ayrı istiqamətlər üzrə keçirilən təlimlərdə xüsusi hazırlanmış proqram vasitəsilə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunub.
Qeyd edək ki, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi 2012-ci ildə təsis olunub.

Birliyin məqsədi Azərbaycanda etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır. AJŞ jurnalistlərin peşə bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları və tədbirlər təşkil edir.

AzNews.az