- Köhnə - Cəmiyyət
- 15 İyul 2014 14:23
- 4 949
“Gənc Jurnalistlərin Yeni Media Məktəbi”nə start verildi - FOTO
AzNews.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU - nun professoru, İctimai Teleradio şurasının sədri Cahagir Məmmədli, BAMF sədri, KİV - in Azərbaycan Respublikası Prezidenti yanında KİV - in inkişafına dövlət dəstəyi fondunun şura sədri Umud Mirzəyev iştirakçıları salamlayaraq gənc jurnalistlərə və Yeni Media Məktəbi layihəsinin təşkilatşılarına uğurlar arzulayıb və klassik media ilə Yeni media arasındakı fərqlər haqqında məlumat veriblər.
Açılışdan sonra "Yeni Medianın üstünlüyü və cəmiyyətdə yeri və rolu" adlı I paneldə Baymedia İnternet portalının rəhbəri Elçin Mirzəbəyli, DAY.Az və Trend Media şirkətlərinin direktor müavini Sevda Həmidova, Güney Qafqaz və orta Asiya Şəbəkəsi İctimai Birliyinin sədri Azər Həsrət, Caspian Barrel online jurnalının baş redaktoru İlham Şaban ekspert kimi çıxış edərək iştirakçlların Yeni Media ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.
"Gənclərin informasiya təminatında Yeni Medianın rolu" adlı II panelinin moderatoru Azəri Gənclər Alyansı İctimai Birliyinin sədri Leyla Məmmədli, Azərbaycanda aktiv və tanınmış gənclər təşkilatlarının rəhbəhbərlərindən- Azərbaycan Könüllülər İctimia Birliyinin sədri İmaməddin Quliyev, Bakı Beynəlxalq Tələbə Təşkilatını sədri Aysəba Umudlu, Azərbaycan Britaniya Məzunlar Birliyinin sədri Ramiz Babayev, Junior Achivment Azerbaijan təşkilatının sədri Hökümə Babayeva, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, AAA təşkilatının idarə heyətinin üzvü Rövşən Nəcəfov çıxış edərək Yeni Medianın Gənc liderlərin inkişafındakı rolundan və bu istiqamətdə keçirdikləri layihələrdən danışıblar.
Bildirək ki, Gənc Jurnalistlərin Yeni Media Məktəbi" iyul ayının 19 – dək yekunlaşacaq. Layihənin sonunda 100-ə yaxın iştirakçılar sertifikatlar təqdim olunacaq.
Aydan Axundova