- Köhnə - Siyasət
- 3 Noyabr 2015 20:15
- 11 382
Ramil Usubov yeni rəis təyin etdi - Deputat oğlunun yerinə
Daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edib.
AzNews.az xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərov gətirilib.Qəhrəman Qələndərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavini idi.
Qeyd edək ki, AzNews.az bir necə gün öncə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) tutduğu vəzifədən azad edilməsi barədə məlumat yaymışdı.
Səbuhi
AzNews.az