Qaxda ağır yol qəzası: 3 nəfər ölüb

Qaxda minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var.

Hadisə axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ-21015"-in sürücüsü və sərnişin hadisə yerində ölüb.

Daha bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda ölən və yaralanan şəxslərin kimlyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.