Azərbaycan və Türkiyə XİN rəhbərləri Şuşada görüşüb

Bu gün Şuşada keçirilən zirvə görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşüblər.

Aznews.az xəbər verir ki, bununla bağlı Azərbaycanın XİN rəhbəri öz şəxsi “X” hesabında məlumat verib.

Məlumatda bildirilir: “Şuşada keçirilən qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq”.