Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası keçirilir

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının İclası keçirilir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxış edib.

Nazir çıxışında adı çəkilən quruma üzv ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-logistika, eləcə də ekologiya sahələrində əməkdaşlığın vacibliyindən danışıb. C. Bayramov eyni zamanda iştirakçıları postmünaqişə dövründə regionda baş verən hadisələr, Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən bərpa işləri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi barədə məlumatlandırıb.