Cövdət Yılmaz: Ən böyük dayağımız Türk Dövlətləri Təşkilatıdır

Qarabağın incisi Şuşada olmaqdan böyük məmnuniyyət duyuram.

Aznews.az xəbər verir ki, bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmaz bildirib.

Cövdət Yılmaz qeyd edib ki, bu gün dünyada qeyri-stabillik fonunda ən böyük dayağımız Türk Dövlətləri Təşkilatıdır: “Dünyanın iqtisadi güc mərkəzlərinin dəyişdiyi, coğrafiyamızın əhəmiyyətinin artdığı bir dönəmdə ölkələrimiz arasın;da bağları gücləndirəcəyimizə inanıram”.