• Hadisə
  • 26 Sentyabr 10:52
  •  1 421

"ADEX" sərgisində "Xilaskar" PUA-sı nümayiş olunub - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və ölkəmizin digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.

AzNews.az MN-ə istinadən xəbər verir ki, müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən “TEKNOFEST 2024” texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komandamız müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.
MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı da nümayiş olunub.