Cəlilabadda "gəlin maşını" qəza törədib, xəsarət alan var - FOTO

Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

Toy karvanında qatılan "VAZ-21015" markalı minik avtomobili bəyin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

image description image description