Göyçayda iki avtomobil toqquşub, ölən var

Göyçayda iki avtomobil toqquşub, ölən var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Belə ki, Göyçayın Yalman kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Aqil Telman oğlunun idarə etdiyi "QAZ-24" və rayonun Qaraxıdır kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Zamiq Ələsgər oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "VAZ-2107"in sürücüsü Zamiq Kərimov aldığı ağır xəsarətdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.