FHN 20 nömrəli məktəb-liseydə təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi 31 oktyabr saat 10:00-da Yasamal rayonu 20 nömrəli məktəb-liseydə təlim keçirəcək.

Bu barədə FHN məlumat yayıb.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.