- Hadisə
- 20:10
- 568
Fransada bir cütlüyün yeni evlərinin damında cəsəd tapılıb
Fransada maraqlı hadisə...
Ölkənin şərqindəki Erstroff kəndində ev alan cütlük yenicə köçdükləri evin damında su sızması görüblər.
Cütlük sızmanın mənbəyini tapmaq üçün dama çıxıb.
Onlar damda gəzərkən dəhşətli mənzərə ilə qarşılaşıblar.
Pis qoxunun gəldiyi əraziyə yaxınlaşan cütlük, əksəriyyəti sümüklərdən ibarət çürüyən meyit tapıb.
Qorxan evin yeni sahibləri vəziyyəti polisə xəbər veriblər.
Yerli "Le Republicain Lorrain" qəzetinin xəbərinə görə; Skelet qalıqlarının 2009-cu ildə 81 yaşında yoxa çıxan ev sahibi Alois İffliyə aid olduğu müəyyən edilib.
Həyat yoldaşı 2020-ci ilə kimi evdə yaşamağa davam edib, sonra isə ev satılıb.
Yaşlı qadın ərinin onu tərk etdiyini zənn etdiyini və bununla məşğul olmamaq üçün pis qoxuya məhəl qoymadığını bildirib.
Hadisə ilə bağlı açıqlama verən prokuror Olivier Glady çardaqda kəndir olduğunu və hadisənin intihar ehtimalına işarə etdiyini bildirib.
Mövsüm
Aznews.az