Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq

Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq.

Bu barədə Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasında qərar imzalanıb.

Bildirilib ki, iclasda quruma üzv ölkələrin xarici işlər nazirləri iki sənəd - “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalayıblar.