- Hadisə
- 18 Noyabr 2024 09:16
- 4 184
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Şəhriyar Fərman oğlu Nuriyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə Sabunçu rayonunun Kürdəxanı-Nardaran şosesində yerləşən magistral yolda piyada Elman Məmməd oğlu Əbdülkərimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı ilə cinayət işi başlanıb.