• Hadisə
  • 27 Noyabr 2024 10:36
  •  2 810

Bakıda keçirilən I Avropa milli geyimlərinin sərgisi ziyarətçilərə açılıb

Bu gündən Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyində I Avropa milli geyimlərinin sərgisi ziyarətçilərə açılıb.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Sərginin məqsədi azərbaycanlıları Avropa ənənəvi geyimlər dünyası ilə tanış etməkdir.

Sərgi noyabrın 30-dək saat 11:00-dan 17:00-dək davam edəcək.