- Hadisə
- 12:19
- 1 139
Karlos Pinto Pereira: Azərbaycanın “ASAN xidmət” təcrübəsi Qvineya-Bisau üçün maraqlıdır
Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereira Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğunu qeyd edib.
Nazir bu barədə fikirlərini dekabrın 2-də Prezident İlham Əliyevin rəsmi qəbulunda olarkən deyib.
Prezident İlham Əliyev isə vurğulayıb ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib.
Prezident bildirib ki, Azərbaycan bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.