FHN Novxanıdakı partlayışla bağlı məlumat yaydı: "Dağıntıdan 1 nəfəri sağ çıxardıq"

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

AzNews.az