- Hadisə
- 13:30
- 1 544
Azərbaycan və İordaniya aqrar sahədə birgə İşçi Qrup yarada bilər
Azərbaycan və İordaniya arasında aqrar sahədə birgə İşçi Qrupun yaradılması müzakirə olunub.
AzNews.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Məcnun Məmmədov İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb. O, bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir qeyd edib ki, ölkəmiz İordaniya aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Tərəflər Azərbaycan ilə İordaniya arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, İordaniyadan olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.