- Hadisə
- 12 Dekabr 17:38
- 3 095
Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub
Moskvaya işguzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olub.
"Report"un Rusiya vürosu xəbər verir ki, burada hökümət başçılarına MDB ölkələrindən Moskva universitetkərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.
Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup "Xəzərin orbiti" layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monotorinq texnologiyalarının işlənməsidir.
Baş nazir Əli Əsədov Azərbaycanlə tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.