Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AzNews.az.bu barədə AZAL-a istinadən xəbər verir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

11:03

Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb.

AzNews.az xəbər verir ki, bu məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib.

Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.