Qazaxıstanın Baş nəqliyyat prokuroru hadisə yerinə göndərilib

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi Qazaxıstan Baş Prokurorluğunun xüsusi nəzarətindədir.

Bu barədə Qazaxıstan KİV-ləri Baş Prokurorluğa istinadən məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin qəzasının hallarının araşdırılması üçün idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.

Xüsusi prokurorların rəhbərliyi altında qrupa nəqliyyat prokurorluğu, DİN və FHN əməkdaşları daxildir.

Baş nəqliyyat prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.

AzNews.az