Qəza yerindən - FOTOLAR

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğradığı Aktau şəhərində xilasetmə əməliyyatını davam etdirir.

Bu barədə Qazaxıstan FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, daha öncə hadisə yerində qəzadan sonra baş verən yanğının tam söndürüldüyü bildirilmişdi.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qazaxıstan FHN-nin hadisə yerində əməliyyatlarının fotoları:

image description image description image description image description image description