- Hadisə
- 25 Dekabr 15:35
- 2 048
Azərbaycanda matəm elan olundu - SƏRƏNCAM
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olaraq qərara alıram:
2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin".
AzNews.az