- Hadisə
- 27 Dekabr 15:19
- 1 190
"Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb
Milli Məclisdə "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb.
Layihəni işçi qaydada parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayıb.
Yeni qanun layihəsi qanunverici orqanın payız sessiyası üçün işlər planına salınsa da, sənədin gələn ilin yaz sessiyası müddətində Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Xatırladaq ki, VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyası dekabrın 29-da yekunlaşacaq.