• Hadisə
  • 29 Dekabr 2024 21:19
  •  1 826

Suriya XİN: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əhəmiyyətli hadisədir

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisədir.

Aznews.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani nazir müavini Yalçın Rəfiyevlə görüşündə deyib.

Nazir Əş-Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib.

Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.