- Hadisə
- 13:27
- 1 008
ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 2025-ci ildə ölkənin təşkilata sədrliyi dövründə Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfərin vaxtı və konkret detalları hələ müəyyən edilməyib.
Bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, Finlandiya ATƏT-in sədri kimi Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında dialoqun daha da təşviq edilməsini hədəfə alıb.