Bakıda TDT-nın Gömrük Xidməti Rəhbərlərinin İclasında sənədlər imzalanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında bir sıra sənədlər imzalanıb.

Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Omuraliyev, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov, Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Türkiyə ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov imzalayıblar.