- Qayıdış
- 14:39
- 1 112
Ötən ay azad edilən ərazilərdə nə qədər mina təmizlənib?
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 3583,8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
AzNews.az