Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var

Ağdam rayonunda yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə işğaldan azad edilmiş ərazidə qeydə alınıb.

Xankəndi-Ağdam yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmənin itməsi nəticəsində aşıb.

Hadisə nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Xankəndi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az