- Hadisə
- 6 Fevral 08:57
- 1 759
Binəqədidə yanğın: Bir sakin tüstüdən zəhərləndi

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.
Bu barədə FHN-dən bildirilib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.