Ağcabədidə faciə: 17 yaşlı gənc batdı, kanalın suyu azaldıldı- FHN-nin dalğıcları axtarış aparır

Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında suda batması ehtimal olunan gəncin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

FHN Aran Dalğıc Qrupu axtarış əməliyyatlarını davam etdirir.

AzNews.az xəbər verir ki, Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.

Hadisə Yuxarı Qarabağ Kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun kanalda baxtması barədə məlumatdan sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.