Sarıqaya sututarında batan şəxsin meyiti çıxarıldı

Samux rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxsin meyiti tapılıb.

Batan şəxs Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Cavid Əliyevdir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bundan öncə xəbər yayılmışdı ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunmuşdular.

AzNews.az