- Hadisə
- 14 Fevral 16:28
- 4 049
Ali Baş Komandan sərəncam verdi: Orduya yeni çağırış başladı
![](https://www.aznews.az/storage/2025/02/14/cagiris.jpg)
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
AzNews.az