- Hadisə
- 20 Fevral 20:28
- 1 566
Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, rayonun Şilyan kəndindən keçən hissəsində avtomobil kanala aşıb.
Hazırda aidiyyəti qurumlar hadisə yerindədirlər.
Hadisə nəticəsində iki nəfər ölüb.
Vəfat edənlər “Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba oğlu və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğludur.