Gənc şair özünü TM-nin 3-cü mərtəbəsindən yerə atıb

Gənc şair Həsən Kür intihara cəhd edib.

TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.

"22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir.

APA xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb. O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az

ABŞ-nin vitse-prezidenti və Trampın köməkçisi Zelenskiyə xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil.

“Report” xəbər verir ki, bunu “Fox News” telekanalında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

Onun sözlərinə görə, yardımın verilməsi müqabilində Vaşinqtonun faydalı qazıntılarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində təəccüblü müqavimət və ritorikanın artması müşahidə olunur:

“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri investisiyalarından daha çoxunu geri almağa layiqdirlər. Bu isə Ukraynaya imkan verir, onlar bunun əslində nə olduğunu başa düşməlidirlər. Ancaq bunun əvəzinə biz Prezident Trampın dözmək niyyətində olmadığı ritorika və müqavimətin artması alırıq”.

Eyni zamanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Volodimir Zelenskinin Donald Trampa qarşı hücumları arzulananın əksini yaradacaq: “O, indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir. Və bu hədsizdir. Bu, biabırçılıqdır və Amerika Birləşmiş Ştatlarının prezidentini yerindən tərpətməyəcək. Əslində bunun əks təsiri olacaq.

Zelenski çox pis tövsiyələr alır və kimdən aldığını da bilmirəm. O, artıq ABŞ-nin keçmiş prezidenti Co Bayden və Bayden administrasiyası ilə yox, Donald Tramp və Tramp administrasiyası ilə iş görür”.