- Hadisə
- 17:48
- 975
Qaradağda yaşayış kompleksində yanğın olub

Bakının Qaradağ rayonunda Qobu park yaşayış kompleksində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Qobu park yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".