- Hadisə
- 10 Mart 20:58
- 2 932
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, S. Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.
Rusiya dövlət başçısının müvafiq fərmanı hüquq-informasiya portalında dərc olunub.