Azərbaycan Oman Sultanlığı ilə birgə fond yaradacaq

Azərbaycan Oman Sultanlığı ilə birgə fond yaratmağı planlaşdırır.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan son vaxtlar Qazaxıstan, Özbəkistan, Qırğızıstan və BƏƏ ilə ikitərəfli və çoxtərəfli fondlar yaradıb.

E. Əliyev bildirib ki, iki il əvvəl türk dövlətlərinin Türk İnvestisiya Fondu yaradılıb və Macarıstan da Avropa İttifaqının nümayəndəsi kimi bu fondda iştirak edir.