Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.