Ağdamda iki gənci bıçaqlayan saxlanılıb

Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Ağdamda baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Abdullasoylu Həsən Zaur oğlu bu gün polis tərəfindən saxlanılıb.

O, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin ikinci kurs tələbəsidir.

Aznews.az