Sumqayıt bulvarında gənc oğlanın meyiti tapılıb

Sumqayıtda 27 yaşlı oğlanın meyiti tapılıb.

Aznews.az xəbər verir ki, hadisə Sumqayıt bulvarı ərazisində qeydə alınıb.

1998-ci il təvəllüdlü Şəmşir Akif oğlu Məstiyevin meyiti açıq ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.