- Hadisə
- 22 Mart 20:24
- 2 449
İmişlidə 82 yaşlı qadın su kanalına düşərək öldü

İmişlidə 82 yaşlı qadın su kanalına düşərək boğulub.
Aznews.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub.
Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.