Gəncədə 3 nəfər qidadan zəhərlənib

Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər.

Aznews.az xəbər verir ki, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, suşi düyü, nori yosunu, balıq və dəniz məhsulları kimi müxtəlif içalatdan hazırlanan yapon yeməyidir.