- Hadisə
- 25 Mart 15:34
- 1 356
ABŞ-dən Çinə uçan təyyarə pilot pasportunu unutduğu üçün geri qayıdıb
.jpg)
Los-Ancelesdən Şanxaya uçan "United Airlines" -a məxsus Boeing 787 təyyarəsi pilotlardan birinin pasportsuz uçduğu aşkar edildikdən sonra havada olarkən geri qayıdıb.
Bu barədə "CNN" məlumat yayıb.
Təyyarənin göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olduğu dəqiqləşib. Təxminən iki saatlıq uçuşdan sonra təyyarə dönüb və San Fransiskoya istiqamətlənib.
"Biz elə həmin axşam müştərilərimizi təyinat yerlərinə çatdıran yeni reys təşkil etdik. Müştərilərə yemək çekləri və kompensasiyalar təqdim edildi", - aviaşirkətdən bildiriblər.
Mövsüm
Aznews.az