- Hadisə
- 27 Mart 10:04
- 4 296
Qazaxıstanlı nazir: Bakı və İrəvanın siyasi iradəsi regionun tarixində yeni səhifə açır

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir çox ölkələrin Cənubi Qafqazın geostrateji imkanlarından faydalanması üçün geniş perspektivlər açır.
Bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 27-də ermənistanlı həmkarı Ararat Mirzoyanla geniş tərkibdə danışıqlar zamanı bildirib.
O, A.Mirzoyanın ölkəyə ilk rəsmi səfərinin Bakı və İrəvan arasında mühüm razılaşmalar fonunda keçdiyini vurğulayıb.