- Hadisə
- 7 Aprel 10:43
- 1 555
Deputat: “Azərbaycanın Avropa və Asiya arasında körpü olmaq potensialı var”

Azərbaycan həm enerji sahəsində tədarükçü, həm də Avropa ilə Asiyanı bağlayan körpü rolunu oynamaq potensialına malikdir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji” sahəsində böyük potensiala malikdir: "Bütün dünyada istehsal və istehlak yaşıllaşdırmalıdır. Hər bir ölkənin “yaşıl iqtisadiyyat”a keçidi təkcə ekoloji baxımdan deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə bir çox addımlar atıb. O, bu mənada coğrafi əhatəni genişləndirib".
Deputat bildirib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində bir sıra mühüm sənədlər qəbul edilib: "Ölkə bu istiqamətdə iddialı planlar qurur. Hazırda Azərbaycan bu sahədə Qazaxıstan və Özbəkistanla yeni regional enerji əməkdaşlığı yaradır. Azərbaycanın bununla bağlı quruda 135 giqavat, dənizdə 157 giqavat potensialı var".
O vurğulayıb ki, Azərbaycan yaşıl dəhlizlər vasitəsilə Avarasiyanın “yaşıl enerji”yə keçidində əhəmiyyətli rol oynayacaq.